DİQQƏT! İrandan gətirilən 24 ton kartofda təhlükəli zərərverici aşkar edildi
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin Respublika Karantin Ekspertiza Mərkəzində “Divo CO” MMC tərəfindən qonşu ölkədən Azərbaycana idxal olunan kartof məhsulu üzərində ekspertiza həyata keçirilib.
Qurumun mətbuat xidmətindən APA TV-yə verilən məlumata görə, ekspertiza zamanı məhsulun Azərbaycan üçün karantin tətbiq edilən zərərverici olan kartof güvəsi (Phthorimaea operculella Zell.) ilə sirayətləndiyi aşkar edilib.
Karantin tətbiq edilən 24 ton kartof Dövlət Xidmətinin Fumiqasiya dəstəsinin əməkdaşları tərəfindən zərərsizləşdirilib. Eyni zamanda karantin tətbiq edilən zərərli orqanizmin aşkar edilməsi ilə bağlı hazırlanan müvafiq məlumat dərhal İran İslam Respublikasının Milli Bitki Mühafizəsi Təşkilatına da göndərilib.
Qeyd edək ki, kartof güvəsi kartof da daxil olmaqla, quşüzümü fəsiləsinə aid bir çox bitkilər üçün (pomidor, bibər, badımcan, tütün və s.) təhlükəli zərərvericidir.
OXŞAR XƏBƏRLƏR
Prezident balaca Gülərin ailəsinə traktor hədiyyə etdi
Rusiyadan növbəti təxribat: jurnalist avantürasına məmurları da qoşublar
Minlərlə manat ödədilər, nə təhsil ala bildilər, nə də pullarını – AİD Group qalmaqalı
Prezident Böyük Britaniyanın yeni səfirinin etimadnaməsini qəbul edib
Bəyanatda Rusiya informasiya məkanında Azərbaycana qarşı təhdid xarakterli fikirləri pisləyib