Şəmkir sakini əmisi oğlunun evini soydu
Şəmkirdə əmisi oğlunun evini yaran şəxs saxlanılıb. APA TV-nin qərb bürosunun məlumatına görə, fevralın 7-də Şəmkir sakini Sayad Qəhrəmanov evindən 3 min manat dəyərində qızıl-zinət əşyalarının oğurlanması barədə Şəmkir rayon Polis Şöbəsinə müraciət edib.
Əməliyyat tədbirləri nəticəsində məlum olub ki, Sayad Qəhrəmanovun evini doğma əmisi oğlu, 25 yaşlı Ramiz Zirəddinli qarət edib:
Taleh Şamilov, müstəntiq: "Şəmkir Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Sayad Qəhrəmanovun evindən qızıl-zinət əşyalarını oğurlamaqda şübhəli bilinən 1991-ci il təvəllüdlü Ramiz Zirəddinli maddi sübutlarla birlikdə saxlanılıb".
Ramiz Zirəddinli cinayət əməlini etiraf edib. İfadəsində oğurluğu evdə heç kimin olmamasından istifadə edərək törətdiyini deyib. Bundan əvvəl digər qohumlarının evində də oğurluğa cəhd göstərən şəxs əməlindən peşman olduğunu dilə gətirib: "Əvvəlcə küçənin baş tərəfində dayandım. Gördüm ki, əmim oğlunun evində işıq yanmır. Yaxınlaşıb çəpərdən həyətə, sonra pəncərədən içəri daxil oldum. Evdə pul tapa bilmədim, qızılları götürüb çıxdım".
Faktla bağlı Şəmkir Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, istintaq tədbirləri davam etdirilir. Ramiz Zirəddinlinin digər cinayətlərdə iştirak edib-etmədiyi araşdırılır.
OXŞAR XƏBƏRLƏR
Prezident balaca Gülərin ailəsinə traktor hədiyyə etdi
Rusiyadan növbəti təxribat: jurnalist avantürasına məmurları da qoşublar
Minlərlə manat ödədilər, nə təhsil ala bildilər, nə də pullarını – AİD Group qalmaqalı
Prezident Böyük Britaniyanın yeni səfirinin etimadnaməsini qəbul edib
Bəyanatda Rusiya informasiya məkanında Azərbaycana qarşı təhdid xarakterli fikirləri pisləyib