Ağcabədidə 60 yaşlı qadın qətlə yetirildi
Ağcabədi şəhərində dəhşətli qətl hadisəsi baş verib. APA TV-nin Qarabağ bürosunun xəbərinə görə, şəhərin Üzeyir Hacıbəyov küçəsi, ev 13-də yaşayan Kamilə Səfər qızı Əhmədova yaşadığı evdə qətlə yetirilib.
Onun meyitini bu gün səhər saatlarında qonşuları aşkarlayıb. Mərhum Kamilə Əhmədovanın qardaşı Kamil Mehrəliyev APA TV-yə bildirib ki, bacısının Bakıda yaşayan övladları anaları telefon zənglərinə cavab vermədiyindən, qonşulara zəng edərək nigaran qaldıqlarını deyiblər. Qonşular Kamilə Əhmədovanın oğlunun xahişi ilə evə gəldikdə, qapının aşıq olduğunu və Kamilə Əhmədovanın dəhlizdə öldüyünü görüblər. Bundan sonra qonşular Ağcabədi Rayon Polis Şöbəsinə xəbər veriblər.
Yaxınları mərhum Kamilə Əhmədovanın evə daxil olarkən qatil və ya qatillərlə qarşılaşdığını, onun ütü ilə başından vurularaq öldürüldüyünü ehtimal edirlər. Onlar qətlin oğurluq, qarət məqsədilə törədildiyini düşünmürlər. Məlumata görə, mərhumun qızılları üstündə olub.
Yaxınları onu da bildirib ki, qızı və oğlu Bakıda yaşadığı üçün mərhum evdə tək yaşayırmış. K. Əhmədovanın evində Ağcabədidə ali məktəbdə təhsil alan tələbə qızlar kirayədə qalır. Hazırda qış tətili olduğu üçün tələbələr evdə olmayıblar.
Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində araşdırma aparır.
OXŞAR XƏBƏRLƏR
Prezident balaca Gülərin ailəsinə traktor hədiyyə etdi
Rusiyadan növbəti təxribat: jurnalist avantürasına məmurları da qoşublar
Minlərlə manat ödədilər, nə təhsil ala bildilər, nə də pullarını – AİD Group qalmaqalı
Prezident Böyük Britaniyanın yeni səfirinin etimadnaməsini qəbul edib
Bəyanatda Rusiya informasiya məkanında Azərbaycana qarşı təhdid xarakterli fikirləri pisləyib