Xaçmazda traktorla toqquşan maşın yanaraq külə döndü - UNİKAL GÖRÜNTÜLƏR!
Sentyabrın 29-u axşam saatlarında Xudat-Nabran yolunun Muxtadır qəsəbəsi ərazisindən keçən hissəsində yol nəqliyyat hadisəsi baş verib. APA TV-nin məlumatına görə, 30 yaşlı Bayram Səfərovun idarə etdiyi “Hyundai” markalı avtomobil yolun kənarında dayanan traktora çırpılıb. Daha sonra isə nəqliyyat vasitəsi yanaraq külə dönüb. Nəticədə minik maşının sürücüsü xəsarət alıb. O, dərhal Xaçmaz Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib.
Yanğının söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin Xaçmaz Dövlət Yanğından Mühafizə Hissəsinin Xudat bölməsinin yanğınsöndürən maşını canlı qüvvəsi cəlb olunub.
Hadisənin yüksək sürət səbəbindən baş verdiyi ehtimal olunur.
Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
18:39
602
Emin Əmrullayev: “Ən böyük problemimiz oxudur”
18:34
585
Bəzi istiqamətlər üzrə müasir suvarma sistemlərinə 50%-dək güzəşt ediləcək
18:33
576
PISA-da riyazi savadlılıq üzrə Azərbaycanın neçənci yerdə olduğu açıqlanıb
19:44
1003
Səhiyyə Nazirliyi: Azad edilmiş ərazilərdə xəstəxanaların layihələndirilməsi işləri gedir
19:18
1029
"Azərbaycanın yaratdığı əməkdaşlıq irsinə əsaslanan model formalaşdıracağıq"
16:42
1271