İstanbulda qoca ermənini öldürən ermənilər tutuldu
İstanbulda erməni ailəsinə basqın edib, 85 yaşlı əri öldürüb, arvadını yaralayan ermənilər tutulub. APA TV-nin Ermənistan saytlarına istinadən xəbərinə görə, onlar çoxlu qızıl-zinət əşyaları və pul aparıblar.
Ermənistanın Xarici İşlər Nazirliyi Türkiyənin İstanbul şəhərində erməni ailəsinə basqın edib, qətl törədənlərin ermənilər olduğunu təsdiqləyib.
Nazirlikdən bildirilib ki, proses izlənilir, amma Ankara ilə İrəvan arasında diplomatik münasibətlərin yaxşı səviyyədə olmaması səbəbindən konkret açıqlama vermək çətindir.
Türk polisinin qətldə təqsirli bildiyi və saxladıqları şəxslərin adlarını açıqlayıb. Onlar Artur, Aram, Sergey, Marianna, Lida, Narqis, Arminə və Kristina adlı şəxslərdir.
Göründüyü kimi, 7 cinayətkardan dördü qadındır. İstanbulda nəşr olunana "Aqos" qəzeti onların yaşlı ər-arvadın evinə silahlı basqın etdiklərini yazıb. Qətli törətdikdən sonra dəstənin 3 üzvü Trabzona qaça bilsə də, onlar da ələ keçib.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
Prezident balaca Gülərin ailəsinə traktor hədiyyə etdi
Rusiyadan növbəti təxribat: jurnalist avantürasına məmurları da qoşublar
Minlərlə manat ödədilər, nə təhsil ala bildilər, nə də pullarını – AİD Group qalmaqalı
Prezident Böyük Britaniyanın yeni səfirinin etimadnaməsini qəbul edib