Soros: “Putinin strateji düşüncəsi yoxdur”
"Birləşmiş Ştatlar və Avropa İttifaqı ölkələri Rusiya prezidenti Vladimir Putini İŞİD-lə mübarizədə özlərinə müttəfiq saymaqla böyük səhvə yol verirlər". APA TV-nin Rusiya saytlarına istinadən xəbərinə görə, bu fikirlər milyarder Corc Sorosun sonuncu məqaləsində yer alıb.
Onun sözlərinə görə, Vladimir Putinin məqsədi Avropa İttifaqının dağılmasına nail olmaqdır ki, bunun da ən asan yolu ittifaq ölkələrinə suriyalı qaçqınların axın etməsidir: "Hazırda 70 min dinc sakin Suriyadan Türkiyə ərazisinə gəlib ki, onların da burada qalıb-qalmayacağı hələ məlum deyil. Vladimir Putin mükəmməl taktikaya sahib olsa da, strateji düşüncəsi yoxdur. Onun Suriyaya hərbi müdaxiləsini Avropada qaçqın böhranını daha da dərinləşdirmək üçün həyata keçirdiyini düşünmək üçün heç bir əsas yoxdur. Həqiqətən də Vladimir Putinin Suriyaya hərbi müdaxiləsi strateji səhv idi. Bunun da nəticəsi olaraq bu fakt Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla hər iki tərəfin maraqlarını zədələyən münaqişənin yaranmasına səbəb olub".
Corc Soros Avropa İttifaqının dağılmaq təhlükəsi qarşısında olduğunu görən Vladimir Putinin bu şansı qaçırmadığını da qeyd edib. Bununla belə, o, Birləşmiş Ştatlar və Avropa İttifaqı ölkələri liderlərinin Vladimir Putinin sözünə hələ də inanmaqda davam etdiklərinə təəccübünü də gizlətməyib.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
Prezident balaca Gülərin ailəsinə traktor hədiyyə etdi
Rusiyadan növbəti təxribat: jurnalist avantürasına məmurları da qoşublar
Minlərlə manat ödədilər, nə təhsil ala bildilər, nə də pullarını – AİD Group qalmaqalı
Prezident Böyük Britaniyanın yeni səfirinin etimadnaməsini qəbul edib