ABŞ-dan Ərdoğana cavab: "PYD və YPG terror təşkilatı deyil"
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın ABŞ-ın ünvanına səsləndirdiyi ittihamlara Dövlət Departamentindən cavab verilib.
APA TV-nin Türkiyə mətbuatına istinadən xəbərinə görə, Departament sözçüsü Mark Toner keçirdiyi mətbuat konfransında ABŞ-ın PYD və onun silahlı qanadı olan YPG-ni terror təşkilatı olaraq görmədiyi ilə bağlı mövqeyini bir daha təkrarlayıb:
"PKK bizə görə terror təşkilatıdır. Ancaq PKK və YPG arasında əhəmiyyətli dərəcədə fərq var. Biz YPG məsələsində Türkiyə ilə eyni fikirdə deyilik. Suriyanın qan gölünə dönməsinə gəlincə, bu faktorun əsas səbəbləri Əsəd rejimi və İŞİD-dir".
Mark Toner YPG-nin İŞİD-ə qarşı uğurla mübarizə apardığını da sözlərinə əlavə edib.
O, eyni zamanda Birləşmiş Ştatlar və Türkiyənin iki dost ölkə olduğunu bildirərək, Türkiyə tərəfinin narahatlığının səbəbini anladıqlarını və bu istiqamətdə müzakirələrin gələcəkdə də davam etdiriləcəyini bildirib.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
Prezident balaca Gülərin ailəsinə traktor hədiyyə etdi
Rusiyadan növbəti təxribat: jurnalist avantürasına məmurları da qoşublar
Minlərlə manat ödədilər, nə təhsil ala bildilər, nə də pullarını – AİD Group qalmaqalı
Prezident Böyük Britaniyanın yeni səfirinin etimadnaməsini qəbul edib