Saakaşvili mühafizəçilərdən imtina etdi: "Heç kimdən qorxmuram"
Ukraynanın Odessa vilayətinin qubernatoru Mixail Saakaşvili mühafizəçilərdən imtina edib. APA TV-nin məlumatına görə, o, bu barədə özünün "Facebook" səhifəsində yazıb.
Qubernatorun sözlərinə görə, o, Ukrayna Təhlükəsizlik Xidmətinin rəhbəri Vasili Qiçakın adına məktub yazıb. Mixail Saakaşvili “Alfa” xüsusi təyinatlı dəstəsindən onun üçün ayrılmış mühafizəçilərin geri çağırılmasını xahiş edib: “Bu aylar ərzində məni qoruyan “Alfa”nın uşaqlarının əməyini qiymətləndirəm və hörmət edirəm. Təhlükəsizlik xidmətinin rəhbərinə rəsmi məktub göndərmişəm ki, bu qurum tərəfindən ayrılmış mühafizədən imtina edirəm”.
Mixail Saakaşvili əlavə edib ki, heç kimdən və heç nədən qorxmur. O, cangüdənlərsiz hərəkət etmək qərarına gəldiyini elan edib.
Bu arada isə Ukraynanın Daxili İşlər Nazirliyi Mixail Saakaşvilinin antiterror əməliyyatları bölgəsinə səfəri ilə bağlı araşdırmalara başlayıb. Nazirlik bildirir ki, Odessanın qubernatoru tərəfindən yayılan videolarda Ukrayna ordusunun Donbasdakı mövqeləri görünür.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
Prezident balaca Gülərin ailəsinə traktor hədiyyə etdi
Rusiyadan növbəti təxribat: jurnalist avantürasına məmurları da qoşublar
Minlərlə manat ödədilər, nə təhsil ala bildilər, nə də pullarını – AİD Group qalmaqalı
Prezident Böyük Britaniyanın yeni səfirinin etimadnaməsini qəbul edib