Prezident "Valyuta tənzimi haqqında" qanunu geri qaytardı
Prezident İlham Əliyev “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” bu il yanvarın 19-da qəbul edilmiş qanunu Milli Məclisə geri qaytarıb.
Prezidentin İqtisadi islahatlar üzrə köməkçisinin xidmətindən APA-ya verilən məlumata görə, dövlət başçısı bu addımı Konstitusiyanın 110-cu maddəsinin I hissəsinə uyğun olaraq, həmçinin sahibkarların və investorların çoxsaylı müraciətləri nəzərə alınaraq atıb.
Qeyd edək ki, “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” qanuna əsasən, bəzi kateqoriya şəxslər istisna olmaqla, rezident və qeyri-rezident fiziki və hüquqi şəxslər tərəfindən Azərbaycandan kənara xarici valyutanın köçürülməsi üçün əməliyyat məbləğinin 20 faizi miqdarında icbari yığımın tam məbləğdə dövlət büdcəsinə ödənilməsi tələb olunurdu.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
Prezident balaca Gülərin ailəsinə traktor hədiyyə etdi
Rusiyadan növbəti təxribat: jurnalist avantürasına məmurları da qoşublar
Minlərlə manat ödədilər, nə təhsil ala bildilər, nə də pullarını – AİD Group qalmaqalı
Prezident Böyük Britaniyanın yeni səfirinin etimadnaməsini qəbul edib