BMT: İŞİD neft satışından yarım milyard dollar qazanıb
“BMT Təhlükəsizlik Şurasının terrorçuların maliyyə mənbələrinin kəsilməsi ilə bağlı qətnamə qəbul etməsinə baxmayaraq, İŞİD neft ticarətindən hələ də gəlir əldə etməkdədir”.
APA TV-nin Rusiya mənbələrinə istinadən verdiyi xəbərə görə, bu barədə BMT-nin baş katibinin siyasi məsələlər üzrə müavini Cefri Feltman bildirib.
Cefri Feltman qeyd edib ki, İŞİD cəld və effektiv şəkildə böyük resursları mənimsəmək qabiliyyətinə malikdir. Onun sözlərinə görə, İŞİD bu maliyyə resursları, özünün transmilli cinayətkar qruplaşmalarla əlaqələrindən gəlir əldə edir və fəaliyyətini dünyanın digər regionlarında da genişləndirir.
“Maliyyə gəlirlərinin əsas mənbəyini işğal olunan ərazilərdəki neft və digər təbii resurslardan istifadə edilməsi, əmlakın müsadirəsi, arxeoloji abidələrin talan edilməsi, vergi yığılması, girovlar müqabilində pul əldə edilməsi, internet və sosial şəbəkələr vasitəsilə vəsaitlərin cəlb edilməsi təşkil edir”.
Xatırladaq ki, BMT baş katibinin məruzəsinə əsasən 2015-ci ildə İŞİD neft və neft məhsullarının satışından 400-500 milyon dollar qazanıb.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
Prezident balaca Gülərin ailəsinə traktor hədiyyə etdi
Rusiyadan növbəti təxribat: jurnalist avantürasına məmurları da qoşublar
Minlərlə manat ödədilər, nə təhsil ala bildilər, nə də pullarını – AİD Group qalmaqalı
Prezident Böyük Britaniyanın yeni səfirinin etimadnaməsini qəbul edib