İranın neft naziri: "Qiymətləri bir həftə ərzində nizamlamaq mümkündür"
İran tərəfi beynəlxalq neft bazarlarındakı vəziyyəti Səudiyyə Ərəbistanı ilə müzakirə etməyə hazırdır. APA TV-nin İran KİV-lərinə istinadən verdiyi xəbərə görə, bunu İranın neft naziri Bican Zənqane deyib.
“Biz Səudiyyə Ərəbistanı və OPEK ölkələri ilə dialoqun və əməkdaşlığın istənilən formasını dəstəkləyirik”, - deyə o qeyd edib.
Onun sözlərinə görə, Fars körfəzinin bəzi ölkələri neftin ucuzlaşmasını dəstəkləyərək iqtisadi faydaya nail olmaq cəhdləri barədə açıqlamalar verirlər.
“Lakin onların məqsədləri əslində heçdə iqtisadi fayda əldə etmək deyil. Möhkəm siyasi iradə olarsa, neftin qiymətini bir həftə ərzində nizamlamaq mümkün olardı”, - deyə Bican Zənqane bildirib.
Nazirin sözlərinə görə, neft istehsalçılarının heç biri hazırkı qiymətlərdən razı qala bilməz, çünki bu uzaq perspektivdə tədarükçülərə ciddi zərərlə nəticələnəcək.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
Prezident balaca Gülərin ailəsinə traktor hədiyyə etdi
Rusiyadan növbəti təxribat: jurnalist avantürasına məmurları da qoşublar
Minlərlə manat ödədilər, nə təhsil ala bildilər, nə də pullarını – AİD Group qalmaqalı
Prezident Böyük Britaniyanın yeni səfirinin etimadnaməsini qəbul edib