Roma Papası sentyabrda Azərbaycana səfər edə bilər
Roma Papası Fransisk Azərbaycan, Gürcüstan və Ermənistana səfər etmək niyyətindədir. APA TV-nin verdiyi xəbərə görə, bu barədə “TASS”a Papa Administrasiyasındakı mənbə məlumat verib.
İlkin məlumata görə, səfər 2016-cı ilin sentyabrına planlaşdırılıb. Politoloqlar Papanın Ermənistana səfərinin Vatikan-Ankara münasibətlərinə təkrar ziyan vura biləcəyini qeyd edirlər.
Qeyd edək ki, ötən il qondarma “erməni soyqırımı”nın 100 illiyi ilə əlaqədar Roma Papası Fransisk Ermənistan prezidenti Serj Sarkisyanın iştirakı ilə Romanın müqəddəs Pyotr kilsəsində dini ayin keçirib. Buna cavab olaraq Ankara Vatikandakı səfirini geri çağırıb.
Türkiyənin Vatikandakı səfiri bu yaxınlarda vəzifəsinin icrasına davam etməyə başlayıb.
OXŞAR XƏBƏRLƏR
19:34
197
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
18:02
360
Prezident balaca Gülərin ailəsinə traktor hədiyyə etdi
21:36
1173
Rusiyadan növbəti təxribat: jurnalist avantürasına məmurları da qoşublar
20:53
1219
Minlərlə manat ödədilər, nə təhsil ala bildilər, nə də pullarını – AİD Group qalmaqalı
18:53
1174
Prezident Böyük Britaniyanın yeni səfirinin etimadnaməsini qəbul edib
13:37
614