Tanınmış ekspert: "Neftin qiyməti 20 dollara düşəcək"
ABŞ-ın “Goldman Sachs” sərmayə bankının xammal bazarları üzrə ekspertlər qrupunun rəhbəri Ceff Karri dünya bazarında neftin ucuzlaşmasının hələlik başa çatmadığını və qiymətin bundan sonra da aşağı düşəcəyini hesab edir.
APA TV-nin məlumatına görə, ekspert bildirib ki, anbarlarda neftin həddindən artıq toplanılması ucuzlaşmanın davam etməsinə səbəb olacaq: “Belə olan halda neftin qiyməti nəinki qalxmayacaq, əksinə, daha sürətlə enərək bir barelə görə 20 dollara çatacaq. Anbarlarda neft həddindən artıq toplanıldıqda, siz onu artıq maya dəyərindən aşağı qiymətə satmağa məcbur olacaqsınız, çünki ona tələbat az olacaq”.
Qeyd edək ki, bundan əvvəl Beynəlxalq Enerji Agentliyi 2016-cı il üçün proqnozunda dünyada neftə olan tələbatın gündəlik həcmini 95,6 mln barelədək azaldıb.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
Prezident balaca Gülərin ailəsinə traktor hədiyyə etdi
Rusiyadan növbəti təxribat: jurnalist avantürasına məmurları da qoşublar
Minlərlə manat ödədilər, nə təhsil ala bildilər, nə də pullarını – AİD Group qalmaqalı
Prezident Böyük Britaniyanın yeni səfirinin etimadnaməsini qəbul edib