Bakıda məşhur çay evində qumarxana aşkarlandı
Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşları tərəfindən paytaxt ərazisində fəaliyyət göstərən çay evlərindən birində qumarxana aşkar edilib.
APA TV-nin məlumatına görə, Baş İdarəyə daxil olmuş məlumat əsasında Binəqədi rayonunda yerləşən "Samovar" çay evində qumar oyunları keçirilməsi müəyyən edilib.
Həyata keçirilmiş əməliyyat tədbirləri ilə qumar oyunlarını təşkil edən və iştirakçı olan 5 nəfər saxlanılıb. Baxış zamanı oradan "poker" oyun kartları, qumar oyunlarına qoyulan pul vəsaitləri maddi sübut kimi aşkar olunaraq götürülüb.
Araşdırmalarla obyektin gündüzlər çay evi, axşam saatlarında isə qumarxana kimi fəaliyyət göstərdiyi, həmçinin Ağcabədi rayon sakini Alxas Abbasovun Yevlax rayon sakini Fazil Səfərəliyevlə əlbir olaraq bir neçə aydır ki, orada belə qanunsuz fəaliyyətlə məşğul olduğu müəyyən edilib.
Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
Prezident balaca Gülərin ailəsinə traktor hədiyyə etdi
Rusiyadan növbəti təxribat: jurnalist avantürasına məmurları da qoşublar
Minlərlə manat ödədilər, nə təhsil ala bildilər, nə də pullarını – AİD Group qalmaqalı
Prezident Böyük Britaniyanın yeni səfirinin etimadnaməsini qəbul edib