Paytaxtda “Mercedes” “Opel”ə çırpıldı
Bakının Nəsimi rayonu ərazisində xəsarətlə nəticələnən yol qəzası baş verib.
APA TV-nin məlumatına görə, Abbasqulu ağa Bakıxanov küçəsində Özal Quliyevin idarə etdiyi “Mercedes” markalı avtomobillə Zamin Araztonluya məxsus “Opel” markalı maşın toqquşub.
Qəza nəticəsində “Opel”in sürücüsü Zamin Araztonlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb. O, təcili tibbi yardım avtomobili ilə xəstəxanaya çatdırılıb. Tibbi müayinədən sonra həkimlər yaralı sürücünün həyatı üçün təhlükənin olmadığını bildiriblər.
Hadisə şahidlərinin sözlərinə görə, qəzaya “Mercedes” markalı avtomobil səbəb olub. Belə ki, ara yoldan Bakıxanov küçəsinə çıxan “Mercedes”in sürücü Özal Quliyevin üstünlük nişanının tələbinə əməl etməməsi qəza ilə nəticələnib.
Hadisə yerinə polis əməkdaşları gəliblər. Avtomobillər cərimə meydançasına yerləşdirilib.
Faktla əlaqədar araşdırmalar aparılır. Qəzanın dəqiq səbəbi araşdırmanın gedişində məlum olacaq.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
Prezident balaca Gülərin ailəsinə traktor hədiyyə etdi
Rusiyadan növbəti təxribat: jurnalist avantürasına məmurları da qoşublar
Minlərlə manat ödədilər, nə təhsil ala bildilər, nə də pullarını – AİD Group qalmaqalı
Prezident Böyük Britaniyanın yeni səfirinin etimadnaməsini qəbul edib