Balakəndə yaşlı kişi 22 yaşlı qonşusunu bıçaqlayıb xəstəxanaya apardı
Balakəndə 22 yaşlı gənc qonşusu tərəfindən bıçaqlanıb.
Balakən Mərkəzi Rayon Xəstəxanasından (MRX) APA TV-yə verilən məlumata görə, fevralın 7-də axşam saat 20:40 radələrində rayonun Şambul kənd sakini, 1994-cü il təvəllüdlü Nurlan Adil oğlu Rəhimov qarının sol yan nahiyəsinin kəsilmiş-cırılmış bıçaq yarası ilə xəstəxanaya daxil olub.
N.Rəhimovun üzərində cərrahiyə əməliyyatı aparıldıqdan sonra xəstəxananın cərrahiyə şöbəsinə yerləşdirilib, vəziyyəti orta-ağır qiymətləndirilir.
Bildirilir ki, 22 yaşlı gənc yaşlı bir qonşusu tərəfindən bıçaqlanıb. N.Rəhimovu xəstəxanaya elə onu bıçaqlayan şəxs gətirib. Daha sonra hadisəni törədən şəxs Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən şöbəyə aparılıb.
Balakən RPŞ-nin növbətçi hissəsindən APA TV-yə verilən məlumatda N.Rəhimovin bıçaqlanması faktı təsdiqlənib, hadisə ilə bağlı araşdırma aparıldığı bildirilib. Hadisəni törədən şəxs barədə əlavə məlumat verilməyib.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
Prezident balaca Gülərin ailəsinə traktor hədiyyə etdi
Rusiyadan növbəti təxribat: jurnalist avantürasına məmurları da qoşublar
Minlərlə manat ödədilər, nə təhsil ala bildilər, nə də pullarını – AİD Group qalmaqalı
Prezident Böyük Britaniyanın yeni səfirinin etimadnaməsini qəbul edib