Ərdoğan: "ABŞ-ın kiminlə müttəfiqlik etdiyi mənə məlum deyil"
Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan ABŞ-la ölkəsinin arasında münasibətlərin soyuduğunu bəyan edib.
APA TV-nin Türkiyə saytlarına istinadən xəbərinə görə, prezident bunun Vaşinqtonun Suriyada kürdləri dəstəkləməsi səbəbindən yarandığını bildirib.
Ərdoğan Obamanın xüsusi nümayəndəsi Bretta Makqurkanın Kobaniyə səfərini kəskin tənqid edib. Suriyanın şimal şəhəri hazırda kürdlərin təşkilatlandığı "Demokratik İttifaq" partiyasının üzvlərinin nəzarətindədir.
Türkiyənin dövlət başçısının sözlərinə görə, görüşdə danışılan məsələlər barədə onun məlumatı var və bu məlumatı ona həmin danışıqlarda iştirak edən ABŞ-ın yüksək rütbəli zabitlərindən biri ötürüb. Ərdoğan bildirib ki, hazırkı vəziyyətdə ABŞ-ın Ankara, yoxsa kürdlərlə müttəfiqlik etdiyi ona məlum deyil.
O, bir daha vurğulayıb ki, istər PKK, istərsə də onun Suriya qanadı terror təşkilatıdır.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
Prezident balaca Gülərin ailəsinə traktor hədiyyə etdi
Rusiyadan növbəti təxribat: jurnalist avantürasına məmurları da qoşublar
Minlərlə manat ödədilər, nə təhsil ala bildilər, nə də pullarını – AİD Group qalmaqalı
Prezident Böyük Britaniyanın yeni səfirinin etimadnaməsini qəbul edib