Şimali Koreya yenə kosmosa peyk göndərdi
Şimali Koreya şimal-qərbindəki kosmodromdan raket buraxılışı həyata keçirib.
APA TV-nin “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, KXDR-in orbitə müşahidə peyki buraxılması barədə bəyanatlar verməsinə baxmayaraq, dünyada Pxenyanın qitələrarası ballistik raketin sınaqdan keçirdiyi ehtimal olunur.
Cənubi Koreyanın “Renhap” agentliyinin məlumatına görə, Şimali Koreyanın raket buraxmasından sonra Cənubi Koreyanın prezidenti Pak Kın Xe təcili iclas çağırıb.
Yaponiyanın baş naziri Sindzo Abe Pxenyanın uzaqmənzilli raket buraxdığını bildirib.
ABŞ Müdafiə Nazirliyi KXDR-in buraxdığı raketin trayektoriyasını nəzarətdə saxladığını, onun ABŞ və müttəfiqləri üçün təhlükə yaratmadığını bildirib.
Pentaqonun rəsmi nümayəndəsi vəziyyətin mütəxəssislər tərəfindən tam nəzarətə götürüldüyünü qeyd edib.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
Prezident balaca Gülərin ailəsinə traktor hədiyyə etdi
Rusiyadan növbəti təxribat: jurnalist avantürasına məmurları da qoşublar
Minlərlə manat ödədilər, nə təhsil ala bildilər, nə də pullarını – AİD Group qalmaqalı
Prezident Böyük Britaniyanın yeni səfirinin etimadnaməsini qəbul edib