Neft həftəyə yüksəlişlə başladı - 34,36 dollar
“Qara qızıl” həftəyə bahalaşmaqla başlayıb. APA TV-nin məlumatına görə, birjalarda səhər seanslarında “Brent” markalı neftin qiyməti 34,36 dollar olub ki, bu da cümə günü qeydə alınan qiymətdən 23 sent bahadır. Qərbi Texas nefti isə cümə gününə nisbətən 50 sent ucuzlaşıb. Hazırda aprel ayı fyüçersləri üçün WT markalı neftin bir bareli 31,15 dollardan müəyyənləşib. Ekspertlər neftin qiymətinin hələ də mümkün görünən OPEK-Rusiya danışıqlarının təzyiqi altında olduğunu qeyd edir. Həftə sonu Səudiyyə Ərəbistanının Avropaya satdığı neftin qiymətinin növbəti dəfə ucuzlaşdırması bu danışıqların baş tutması ehtimalını daha da azaldıb.
OXŞAR XƏBƏRLƏR
19:34
310
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
18:02
481
Prezident balaca Gülərin ailəsinə traktor hədiyyə etdi
21:36
1254
Rusiyadan növbəti təxribat: jurnalist avantürasına məmurları da qoşublar
20:53
1225
Minlərlə manat ödədilər, nə təhsil ala bildilər, nə də pullarını – AİD Group qalmaqalı
18:53
1179
Prezident Böyük Britaniyanın yeni səfirinin etimadnaməsini qəbul edib
13:37
616