Gəncədə həkim yaşadığı evdə öldü
Gəncədə bədbəxt hadisə baş verib. APA TV-nin qərb bürosunun verdiyi məlumata görə, Gəncə şəhər sakini, 1952-ci il təvəllüdlü Ələsgər Abdullayev Yeni Gəncə qəsəbəsində yaşadığı mənzildə boğularaq ölüb.
Qonşular evdən qoxu gəldiyini və onun qapını açmadığını görüb FHN-in xilasetmə xidmətinə məlumat veriblər. Əraziyə gələn xilasedicilər qapını açaraq mənzilə daxil olublar və Ə.Abdullayevin öldüyünü müəyyən ediblər. Məlumata görə, o, evdə tək yaşayıb.
Ə.Abdullayevin qaz sobasındakı qazanın yanması nəticəsində yaranan tüstüdən boğulduğu və ya ürəktutmasından keçindiyi ehtimal olunur. Ölümün dəqiq səbəbi ekspertiza nəticəsində müəyyənləşdiriləcək.
Qeyd edək ki, Ə.Abdullayev Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasında uroloq işləyib.
OXŞAR XƏBƏRLƏR
19:34
312
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
18:02
482
Prezident balaca Gülərin ailəsinə traktor hədiyyə etdi
21:36
1255
Rusiyadan növbəti təxribat: jurnalist avantürasına məmurları da qoşublar
20:53
1225
Minlərlə manat ödədilər, nə təhsil ala bildilər, nə də pullarını – AİD Group qalmaqalı
18:53
1179
Prezident Böyük Britaniyanın yeni səfirinin etimadnaməsini qəbul edib
13:37
616