Bağdadinin baldızı İraq Kürdüstanında həbsxanada saxlanılır
İŞİD terror təşkilatının lideri Bağdadinin baldızı İraq Kürdüstan Muxtar Vilayətinə aid həbsxanadadır.
APA TV-nin "Fox News"a istinadən xəbərinə görə, "al-Qaid" üzvü olan Dua Amid İbrahimin ilk fotosu yayılıb. İraq kürdü olan 24 yaşlı qadın çarşabın altında gizlətdiyi bomba ilə Ərbilə girməyə çalışarkən yaxalanıb.
Kanal Bağdadinin üç arvadından birinin bacısı olduğu söylənən canlı bombanın bir neçə ildir İraqın şimalındakı həbsxanada saxlandığını bildirib.
Muxtar vilayətin rəsmisi qadının dəmir barmaqlıqlar arasında keçirdiyi illər boyunca radikal görüşlərindən vaz keçmədiyini qeyd edib. "Çox populyardır. Həbsxanada digər qadınlar onu çox sevir. Canlı bomba olmaqdan vaz keçmiş ola bilər, amma ideologiyası eynidir".
Dua Amid İbrahimin "qara dul" olduğu bildirilir. Sağ işarət barmağında öldürülən "al-Qaida" terrorçusu olan ərinin adı yazılıb. Qadın "Fox News"-un reportaj istəyini rədd edib. Fotosu isə vilayət rəsmilərindən alınıb.
Duanın ömürlük həbs cəzasına məhkum ediləcəyi gözlənilir. Qaldığı otaqda televizor olan qadının yeznəsinin idarə etdiyi terror təşkilatının İraq və Suriyadakı fəaliyyətindən xəbərdar olduğu bildirilir.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
Prezident balaca Gülərin ailəsinə traktor hədiyyə etdi
Rusiyadan növbəti təxribat: jurnalist avantürasına məmurları da qoşublar
Minlərlə manat ödədilər, nə təhsil ala bildilər, nə də pullarını – AİD Group qalmaqalı
Prezident Böyük Britaniyanın yeni səfirinin etimadnaməsini qəbul edib