Ağdamda 15 yaşlı qız dəm qazından boğuldu
Ağdamda 15 yaşlı qız dəm qazından zəhərlənərək ölüb. APA TV-nin Qarabağ bürosunun məlumatına görə, bədbəxt hadisə rayonun Mahrızlı kəndində baş verib.
2000-ci il təvəllüdlü Mirizadə Məlahət Bəxtiyar qızının valideynləri onun vanna otağından çıxmamasından şübhələniblər və qapını sındıraraq içəri daxil olublar. Atası onu huşsuz vəziyyətdə görüb.
Dərhal Ağdam Təcili Tibbi Yardım Şöbəsinin həkimləri hadisə yerinə çağırılıb. Lakin onun həyatını xilas etmək mümkün olmayıb. Hadisə yerinə aidiyyəti qurumların və rayon polis şöbəsinin əməkdaşları baxış keçirib. İlkin ehtimal kimi 15 yaşlı qızın texniki nasazlıq üzündən vanna otağına dolan dəm qazından boğularaq öldüyü göstərilir.
Məlahət Mirizadə Ağdam rayon Təhsil Şöbəsinin Zəngişalı kənd tam orta məktəbinin 10-cu sinif şagirdi idi. Məlahətin ölümündən xəbər tutan müəllimləri və sinif yoldaşları yaşanan bədbəxt hadisədən məyus olduqlarını deyirlər. Müəllimi Ədalət Məmmədovun sözlərinə görə, fevralın 29-da Məlahətin 15 yaşı tamam olacaqdı: “Şagirdimiz olub, çox ağıllı, yaxşı oxuyan idi. Kollektivdə özünü sevdirən olub. Məlahət haqqında söz demək çətindir. Belə ki, Məlahət hamımızın əzizi olub. Məlahətgil ailədə 3 uşaqdırlar: 2 bacı, 1 qardaş. Bacısı 11-ci sinifdə oxuyur, balaca qardaşı isə 7-ci sinifdə. Məlahətin çox gözəl əl qabiliyyəti vardı. Rəssam idi”.
Təqvimdə 29 fevral tarixinin dörd ildən bir olduğunu nəzərə alsaq, Məlahət yaşasaydı, 4-cü dəfə doğum gününü qeyd edəcəkdi.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
Prezident balaca Gülərin ailəsinə traktor hədiyyə etdi
Rusiyadan növbəti təxribat: jurnalist avantürasına məmurları da qoşublar
Minlərlə manat ödədilər, nə təhsil ala bildilər, nə də pullarını – AİD Group qalmaqalı
Prezident Böyük Britaniyanın yeni səfirinin etimadnaməsini qəbul edib