Bakıda yük və minik maşınları toqquşdu: 5 yaralı
Bakıda ağır yol qəzası baş verib, 5 nəfər xəsarət alıb. APA TV-nin məlumatına görə, hadisə paytaxtın Sabunçu rayonu ərazisində qeydə alınıb.
Gecə saatlarında Maştağa-Ramana yolunda yük və minik maşınları toqquşub. Sultanəli İsmayılov “Mercedes” markalı avtomobillə Maştağa qəsəbəsi istiqamətində hərəkətdə olarkən qəfildən idarəetməni itirib. Nəticədə onun idarə etdiyi avtomobil qarşıdan gələn “KamAZ” markalı yük maşını ilə toqquşub.
Hadisə zamanı sürücü Sultanəli İsmayılov və “Mercedes”dəki dörd sərnişin - Mirdaməd Seyidov, Taar İbrahimov, Rasim Əsgərov və Vasif Hüseynov xəsarət alıblar. Yaralılar hadisə yerinə çağırılmış təcili tibbi yardım briqadaları tərəfindən xəstəxanaya çatdırılıb. Onlara ilkin tibbi yardım göstərilib. Yaralılardan üçü reanimasiya şöbəsinə yerləşdirilib. Sürücü Sultanəli İsmayılovun vəziyyəti xüsusilə ağırdır.
Hadisə yerində polis əməkdaşları müayinələr aparıblar. Qəzaya yüksək sürətin səbəb olduğu ehtimal olunur. Hadisənin dəqiq səbəbləri aparılan araşdırmalardan sonra məlum olacaq. Faktı Sabunçu Rayon Polis İdarəsi araşdırır.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
Prezident balaca Gülərin ailəsinə traktor hədiyyə etdi
Rusiyadan növbəti təxribat: jurnalist avantürasına məmurları da qoşublar
Minlərlə manat ödədilər, nə təhsil ala bildilər, nə də pullarını – AİD Group qalmaqalı
Prezident Böyük Britaniyanın yeni səfirinin etimadnaməsini qəbul edib