Ağstafada 4 yaşlı uşaq yük maşınının altında qalıb!
Ağstafada uşaq bağçasından qaçan azyaşlı uşağı maşın vurub. Ağstafa rayon Polis Şöbəsindən APA-TV-nın Qərb bürosuna verilən məlumata görə, hadisə səhər saatlarında rayonun Tatlı kəndində baş verib. Kənd sakini, 21 yaşlı Cabir Əsgərov idarə etdiyi “QAZ 53” markalı yük maşını ilə həmkəndlisi, 4 yaşlı Zaur Təyyar oğlu Əhmədovu vurub. Hadisə zamanı avtomaşını idarə edən sürücü uşağı dərhal Ağstafa Rayon Mərkəzi Xəstəxanasına aparılsa da onun həyatını xilas etmək mümkün olmayıb. Polisdən bildiriblər ki, hadisə baş verən vaxt azyaşlı Zaur bağçadan küçəyə qaçıb.
Faktla bağlı rayon polis şöbəsində cinayət işi açılıb, araşdırma aparılır
OXŞAR XƏBƏRLƏR
18:39
621
Emin Əmrullayev: “Ən böyük problemimiz oxudur”
18:34
604
Bəzi istiqamətlər üzrə müasir suvarma sistemlərinə 50%-dək güzəşt ediləcək
18:33
597
PISA-da riyazi savadlılıq üzrə Azərbaycanın neçənci yerdə olduğu açıqlanıb
19:44
1005
Səhiyyə Nazirliyi: Azad edilmiş ərazilərdə xəstəxanaların layihələndirilməsi işləri gedir
19:18
1031
"Azərbaycanın yaratdığı əməkdaşlıq irsinə əsaslanan model formalaşdıracağıq"
16:42
1273