Finlandiyada qaçqınların qaldığı binaya hücum oldu
Finlandiyada qaçqınların qaldığı binaya 3 molotov kokteyli atılıb.
APA TV-nin "Euronews"a istinadən xəbərinə görə, 40-ı uşaq olmaqla 80 nəfərin qaldığı binanın qarşısında kiçik miqyaslı yanğın çıxıb, bir neçə pəncərə qırılıb. Hücum zamanı yaralanan olmayıb.
Bina Müdiri Pekka Annala hadisələri qınayıb: "Bu, çox dəhşətli hadisədir. Bu cür hərəkətləri qınayıram. Uşaqlı ailələrin qaldığı yerə edilən bu hücumu heç cür başa düşə bilmirəm. Axı bu insanlar nə edib? Belə hallara son verilməlidir".
Polis hadisə ilə bağlı 25 yaşlı gənci saxlayıb. Şübhəlinin sorğusu davam edir.
Qeyd edək ki, ötən il Finlandiyaya 32 minə yaxın qaçqın gəlib.
OXŞAR XƏBƏRLƏR
19:34
350
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
18:02
522
Prezident balaca Gülərin ailəsinə traktor hədiyyə etdi
21:36
1285
Rusiyadan növbəti təxribat: jurnalist avantürasına məmurları da qoşublar
20:53
1231
Minlərlə manat ödədilər, nə təhsil ala bildilər, nə də pullarını – AİD Group qalmaqalı
18:53
1187
Prezident Böyük Britaniyanın yeni səfirinin etimadnaməsini qəbul edib
13:37
623