Leninqradda güllələnən azərbaycanlı biznesmen lənkəranlı imiş - TƏFƏRRÜAT
Rusiyanın Leninqrad vilayətinin Tosnenski rayonunun Yam-İjora qəsəbəsində azərbaycanlı güllələnib.
APA TV-nin Rusiya KİV-nə istinadən verdiyi məlumata görə, hadisə fevralın 3-də Rusiya vaxtı ilə gecə saat 23.15 radələrində Leninqradski küçəsi, 10 ünvanında alınıb.
42 yaşlı Elçin Heydərov “Arqo” kafesinin yanında saxladığı "Mercedes-Benz" markalı avtomobilinin salonunda olub. Müəyyən məqamda sözügedən ünvana "Chevrolet Lacetti" markalı avtomobil gəlib və içindəki sərnişinlər dərhal "Mercedes"ə atəş açmağa başlayıblar. Atəşi dayandırdıqdan sonra isə dərhal aradan çıxıblar. Açılan atəş nəticəsində 6 güllə yarası alan Elçin Heydərov hadisə yerindəcə dünyasını dəyişib.
İlkin araşdırmalardan sonra mərhumun məhkumluğunun olduğu müəyyənləşdirilib. Belə ki, Elçin digər iki qardaşı - Yalçın və Rafiq Heydərovlarla birlikdə 2011-ci ildə bir sıra cinayət hadisələrini törətməkdə təqsirli bilinərək həbs olunub. Məhkumluq həyatını başa vurmuş Elçin Heydərov son vaxtlar yaşadığı Nikolsk şəhərində şəxsi biznes fəaliyyəti ilə məşğul olub.
Qeyd edək ki, mərhum Lənkəranın Cil kəndindəndir. Faktla bağlı Rusiya hüquq-mühafizə orqanları tərəfindən cinayət işi açılıb, qətli törətmiş şəxslərin yaxalanması istiqamətində zəruri istintaq tədbirləri görülür.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
Prezident balaca Gülərin ailəsinə traktor hədiyyə etdi
Rusiyadan növbəti təxribat: jurnalist avantürasına məmurları da qoşublar
Minlərlə manat ödədilər, nə təhsil ala bildilər, nə də pullarını – AİD Group qalmaqalı
Prezident Böyük Britaniyanın yeni səfirinin etimadnaməsini qəbul edib