Sevinc Babayevanın oğlu tutuldu
Bakının Binəqədi rayonunda bıçaqlanma hadisəsi qeydə alınıb. 1 saylı Şəhər Kliniki Xəstəxanasından APA TV-yə verilən məlumata görə, xəstəxanaya təcili yardımla gələn Günay Məmmədova ilkin ifadəsində həyat yoldaşı tərəfindən bıçaqlandığını bildirib.
Hadisəni Binəqədi qəsəbəsi, 1-ci mədən, korpus 30-da yaşayan, əvvəllər məhkum olunmuş 1989-cu il təvəllüdlü Ayxan Məmmədov törədib. Belə ki, o, mübahisə zəminində evinin həyətində arvadı Günay Məmmədovanın baş, sinə və kürək nahiyələrindən bir neçə bıçaq zərbəsi vurub. 1 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılan yaralı dərhal əməliyyat olunub. Xəstəxanadan APA TV-yə bildiriblər ki, hazırda xəstənin vəziyyəti qənaətbəxşdir.
Cinayəti törədən Ayxan Məmmədov hadisə yerindən qaçıb. Binəqədi Rayon Polis İdarəsindən APA TV-yə verilən məlumata görə, polis əməkdaşları dərhal əməliyyat-axtarış tədbirləri keçiriblər. A.Məmmədov saxlanılaraq polis idarəsinə gətirilib.
Qeyd edək ki, A.Məmmədov Azərbaycan Beynəlxalq Universitetinin (ABU) sabiq rektoru Elşad Abdullayevin yaydığı videolarda keçmiş deputat Gülər Əhmədova ilə onun arasında vasitəçi kimi iştirak edən Sevinc Babayevanın oğludur. S.Babayeva "İnterpol" xətti ilə axtarışa verilib. O, axtarışda olduğu vaxt Türkiyənin İstanbul şəhərində fəaliyyət göstərən hospitallardan birində ürək xəstəliyindən vəfat edib.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
Prezident balaca Gülərin ailəsinə traktor hədiyyə etdi
Rusiyadan növbəti təxribat: jurnalist avantürasına məmurları da qoşublar
Minlərlə manat ödədilər, nə təhsil ala bildilər, nə də pullarını – AİD Group qalmaqalı
Prezident Böyük Britaniyanın yeni səfirinin etimadnaməsini qəbul edib