İstanbulda partlayış: iki yaralı
Türkiyənin İstanbul şəhərinin Sultanbəyli səmtində baş verən partlayış zamanı 2 nəfər yaralanıb. APA TV-nin məlumatına görə, partlayıcı zibil qutusuna yerləşdirilib.
Hadisə Sultanbəyli Fatih Bulvarı ərazisində baş verib. Zibil qutusuna qoyulan partlayıcının partlaması nəticəsində iki nəfər yüngül şəkildə yaralanıb. Partlayışdan sonra hadisə yerinə gələn polis əməkdaşları təhlükəsizlik tədbirləri həyata keçirib. Polis hazırda partlayışın səbəbini araşdırır.
Daha bir partlayış təhlükəsi İstanbulun Gaziosmanpaşa səmtində yaşanıb. İddialara görə, motosikletlə gələn iki silahlı şəxs tərəfindən avtobus dayanacağına şübhəli paket qoyulub. Paket polisin xüsusi qrupları tərəfindən partladılıb. Partlayış anı qeydə alınıb.
Faktla bağlı araşdırmalar davam edir.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
Prezident balaca Gülərin ailəsinə traktor hədiyyə etdi
Rusiyadan növbəti təxribat: jurnalist avantürasına məmurları da qoşublar
Minlərlə manat ödədilər, nə təhsil ala bildilər, nə də pullarını – AİD Group qalmaqalı
Prezident Böyük Britaniyanın yeni səfirinin etimadnaməsini qəbul edib