Şəhid hərbçi Yevlaxda torpağa tapşırıldı
Azərbaycan Ordusunun şəhid olan hərbi qulluqçusu İmran Xudaverdi oğlu Mirzəyev doğulduğu Yevlax rayonunun Aran qəsəbəsində torpağa tapşırılıb.
APA TV-nin yerli bürosunun xəbərinə görə, dəfn mərasimində şəhidin döyüş yoldaşları, qəsəbə sakinləri və rayon rəhbərliyi iştirak edib.
1996-cı il təvəllüdlü İmran Mirzəyev iki bacının bir qardaşı idi. Hərbi xidməti başa vurmasına isə 3 aya yaxın vaxt qalmışdı. Şəhidin cənazəsinin üzərinə salınan üçrəngli dövlət bayrağı hərbçilər tərəfindən onun ailəsinə təqdim edilib.
Dəfn mərasiminin sonunda şəhidə ehtiram əlaməti olaraq havaya yaylım atəşi açılıb.
Qeyd edək ki, İmran Mirzəyev fevralın 3-də saat 17.50 radələrində Azərbaycan-Ermənistan sərhədində düşmən təxribatı nəticəsində şəhid olub. Silahlı Qüvvələrimizin həmin istiqamətdə yerləşən bölmələrinin keçirdiyi əməliyyat tədbirləri nəticəsində təxribat qrupunun 3 nəfər üzvü məhv edilib.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
Prezident balaca Gülərin ailəsinə traktor hədiyyə etdi
Rusiyadan növbəti təxribat: jurnalist avantürasına məmurları da qoşublar
Minlərlə manat ödədilər, nə təhsil ala bildilər, nə də pullarını – AİD Group qalmaqalı
Prezident Böyük Britaniyanın yeni səfirinin etimadnaməsini qəbul edib