Moskvada miqrantlarla yerlilər arasında kütləvi dava olub
Moskvada miqrantlarla yerli sakinlər arasında kütləvi dava baş verib. APA TV-nin məlumatına görə, gecə radələrində 30-a yaxın şəxs miqrantların toplu şəkildə Kapotnya rayonuna gələrək, onların qeydiyyatda olub-olmaması ilə maraqlanıb. Bu zaman tərəflər arasında dava düşüb, davada hər iki tərəfdən 100-dən çox şəxsin iştirak etdiyi bildirilir. Dava zamanı miqrantlardan biri travmatik tapançadan atəş açıb. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları gəlib, davanın miqyasının böyüməsinin qarşısı alınıb. Davada iştirak edən 60-dan artıq şəxs saxlanıb, onların arasında azərbaycanlılar da var. Onlar haqqında Rusiya Cinayət Məcəlləsinin xuliqanlıq maddəsi ilə cınayət işi başlanıb. Silahla atəş acan şəxs isə barəsində 48 saatlıq həbs qəti imkan tədbiri secılıb.
OXŞAR XƏBƏRLƏR
Emin Əmrullayev: “Ən böyük problemimiz oxudur”
Bəzi istiqamətlər üzrə müasir suvarma sistemlərinə 50%-dək güzəşt ediləcək
PISA-da riyazi savadlılıq üzrə Azərbaycanın neçənci yerdə olduğu açıqlanıb
Səhiyyə Nazirliyi: Azad edilmiş ərazilərdə xəstəxanaların layihələndirilməsi işləri gedir
"Azərbaycanın yaratdığı əməkdaşlıq irsinə əsaslanan model formalaşdıracağıq"