Neft bir gün 2,8 dollar bahalaşdı
Dünya birjalarında neftin qiyməti bahalaşmaqda davam edir. APA TV-nin məlumatına görə, bu gün səhər seanslarında “Brent” markalı neftin bir bareli 35,34 dollardan satılıb. Bu, dünənki qiymətlərdən 2,80 dollar artıqdır. Son 24 saat ərzində Qərbi Texas neftinin də qiyməti xeyli bahalaşıb. Dünən WTI markalı neftin bir bareli 29,72 dollardan satılırdısa, bu gün aprel ayı üçün bağlanan fyüçerslərdə bu markalı neftin qiyməti hər barelə görə 32,57 dollardan müəyyənləşib. Ekspertlər neftin bahalaşma tendensiyasının həftə sonuna kimi davam edəcəyini proqnozlaşdırır.
OXŞAR XƏBƏRLƏR
19:34
422
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
18:02
595
Prezident balaca Gülərin ailəsinə traktor hədiyyə etdi
21:36
1354
Rusiyadan növbəti təxribat: jurnalist avantürasına məmurları da qoşublar
20:53
1234
Minlərlə manat ödədilər, nə təhsil ala bildilər, nə də pullarını – AİD Group qalmaqalı
18:53
1189
Prezident Böyük Britaniyanın yeni səfirinin etimadnaməsini qəbul edib
13:37
625