Fermerin kreditlə aldığı 98 qoyunu oğurladılar
Bərdədə bir nəfərə məxsus 98 baş xırdabuynuzlu heyvan oğurlanıb. APA TV-nin Qarabağ bürosunun məlumatına görə, hadisə rayonun Hacallı kəndində qeydə alınıb.
Kənd sakini Famil Musayevin tövləsinə girən oğrular 98 baş xırdabuynuzludan 97-ni aparıblar. Fermer hadisədən səhər saatlarında xəbər tutub. Axtarış zamanı heyvanlardan birinin cəsədi 400 metr uzaqlıqda aşkar edilib: “Mən bağladığım kimi gəlib qapını açıblar. Heyvanları çıxarandan sonra yenə qapını həminki qaydada bağlayıblar. Gecə saat 3-4 radələrində. Çünki saat 2-də mən heyvanları çıxarmışdım çölə, hamısı yerində idi. Sonra da salmışam içəri. Səhər saat 7-də gəlmişəm örüşə aparam, baxmışam ki, tövlə boşdur”.
Famil Musayev faktla bağlı Bərdə Rayon Polis Şöbəsinə müraciət edib. Onun hesablamalarına görə, qoyunların ümumi dəyəri 15 000 manatdır. Təsərrüfat sahibi qoyunları bankdan götürdüyü kreditlə aldığını deyir.
Faktla bağlı Bərdə Rayon Polis şöbəsində araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
Prezident balaca Gülərin ailəsinə traktor hədiyyə etdi
Rusiyadan növbəti təxribat: jurnalist avantürasına məmurları da qoşublar
Minlərlə manat ödədilər, nə təhsil ala bildilər, nə də pullarını – AİD Group qalmaqalı
Prezident Böyük Britaniyanın yeni səfirinin etimadnaməsini qəbul edib