İstanbuldakı Azərbaycan diaspor təşkilatının sədr müavini intihar etdi
İstanbul Türkiyə Azərbaycan Dərnəyinin sədr müavini Abbas Murad Danışmalı bu gün İstanbulda intihar edib.
Bu barədə APA-ya dərnəyin sədri Səfər Qaraqoyunlu məlumat verib. Onun sözlərinə görə, A.M.Danışmanlı bu gün səhər yeməyini yedikdən sonra özünü 6-cı mərtəbədə yerləşən evinin pəncərəsindən atıb. Hadisə baş verən vaxt onun həyat yoldaşı da evdə olub.
Səfər Qaraqoyunlunun sözlərinə görə, 64 yaşlı Abbas Murad Danışmalı bir müddətdir psixoloji problemlərinə görə müalicə alırmış.
Qeyd edək ki, intihar barədə ilk xəbəri vesti.az saytı yayıb.
OXŞAR XƏBƏRLƏR
19:34
422
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
18:02
595
Prezident balaca Gülərin ailəsinə traktor hədiyyə etdi
21:36
1354
Rusiyadan növbəti təxribat: jurnalist avantürasına məmurları da qoşublar
20:53
1234
Minlərlə manat ödədilər, nə təhsil ala bildilər, nə də pullarını – AİD Group qalmaqalı
18:53
1189
Prezident Böyük Britaniyanın yeni səfirinin etimadnaməsini qəbul edib
13:37
625