Rabitə və yüksək texnologiyalar naziri Lənkəranda vətəndaşları qəbul edib
Fevralın 3-də rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə Lənkəran şəhərindəki Heydər Əliyev Mərkəzində Astara, Lənkəran, Lerik, Masallı və Yardımlı rayonlarının sakinlərini qəbul edib.
APA TV-nin cənub bürosunun məlumatına görə, qəbul zamanı 50 nəfərə yaxın vətəndaşın şikayət və müraciətləri dinlənilib.
Qəbulda vətəndaşlar nazirə əsasən əhaliyə göstərilən telekommunikasiya, internet, poçt, radio və televiziya yayımı xidmətləri, işə qəbul və digər məsələlərlə bağlı müraciətlər ediblər.
Müraciətlərdə qaldırılan problemlərin əksəriyyəti yerindəcə həllini tapıb.
Nazir Ramin Quluzadə digər müraciətlərin həlli ilə bağlı müvafiq strukturların rəhbərlərinə tapşırıqlar verib.
OXŞAR XƏBƏRLƏR
19:34
442
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
18:02
613
Prezident balaca Gülərin ailəsinə traktor hədiyyə etdi
21:36
1373
Rusiyadan növbəti təxribat: jurnalist avantürasına məmurları da qoşublar
20:53
1238
Minlərlə manat ödədilər, nə təhsil ala bildilər, nə də pullarını – AİD Group qalmaqalı
18:53
1190
Prezident Böyük Britaniyanın yeni səfirinin etimadnaməsini qəbul edib
13:37
627