ABŞ-ı olimpiadalarda hicablı idmançı təmsil edəcək - İLK DƏFƏ
30 yaşlı qılıncoynadan İbtihaj Məhəmməd Braziliyada keçiriləcək olimpiadaya ABŞ təmsilçisi kimi qatılan ilk hicablı qadın kimi tarixə düşəcək.
APA TV-nin Türkiyə mətbuatına istinadən xəbərinə görə, Nyu Atensdə təşkil olunan dünya çempionatında üçüncü olan 30 yaşlı idmançı bununla da olimpiadaya lisenziya qazanıb.
ABŞ-ın Nyu Cersi ştatında yaşayan İbtihaj Məhəmməd jurnalistlərə açıqlamasında bildirib ki, insanlara əzmlə hər şeyin mümkün olduğunu göstərmək istəyib. "Cinsiyyət, irq və din insanlara heç bir maneə törətməməlidir" - deyə o qeyd edib.
OXŞAR XƏBƏRLƏR
19:34
436
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
18:02
607
Prezident balaca Gülərin ailəsinə traktor hədiyyə etdi
21:36
1367
Rusiyadan növbəti təxribat: jurnalist avantürasına məmurları da qoşublar
20:53
1237
Minlərlə manat ödədilər, nə təhsil ala bildilər, nə də pullarını – AİD Group qalmaqalı
18:53
1189
Prezident Böyük Britaniyanın yeni səfirinin etimadnaməsini qəbul edib
13:37
626