Abşeron sakini qonşusunu güllələdi
Abşeron sakini güllələnib. APA TV-nin DİN-in saytına istinadən verdiyi məlumata görə, fevralın 2-də Abşeron rayonunun Saray qəsəbəsində yaşayan Kamran Babayev evinin qarşısından boyun və kürək nahiyəsindən aldığı güllə yaraları ilə xəstəxanaya gətirilib.
Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri ilə xəsarətin ona qonşusu, həmyerlisi Qüdrət Kərimov tərəfindən “Makarov” markalı tapançadan iki dəfə atəş açılmaqla yetirilməsi müəyyən edilib. Xəstəxanaya yerləşdirilmiş K.Babayevin vəziyyəti ağır olduğundan, dindirilməsi mümkün olmayıb.
Faktla bağlı Abşeron RPİ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.
OXŞAR XƏBƏRLƏR
19:34
435
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
18:02
606
Prezident balaca Gülərin ailəsinə traktor hədiyyə etdi
21:36
1366
Rusiyadan növbəti təxribat: jurnalist avantürasına məmurları da qoşublar
20:53
1237
Minlərlə manat ödədilər, nə təhsil ala bildilər, nə də pullarını – AİD Group qalmaqalı
18:53
1189
Prezident Böyük Britaniyanın yeni səfirinin etimadnaməsini qəbul edib
13:37
626