Con Makkeyn: "Bəzi Avropa ölkələri Rusiyaya qarşı sanksiyaların ləğvində maraqlıdır"
"Bəzi Avropa ölkələri Rusiyaya qarşı yönəlmiş sanksiyalardan yayınmağın yollarını axtarır". APA TV-nin məlumatına görə, belə bir bəyanatla senator Con Makkeyn çıxış edib.
"Mən hesab edirəm ki, hazırda avropalılar arasında sanksiyaların ləğvi üçün müzakirələr aparılır. Bir çox ölkələr bu qadağalardan yayınmağın yollarını axtarır", - deyə o bildirib.
Con Makkeyn qeyd edib ki, bir çox ölkələr, əsasən də Almaniya Rusiyanın üzərindən sanksiyaların götürülməsi məqsədilə təzyiq göstərir. O, həmçinin vurğulayıb ki, Avropa ölkələrinin bu məsələdə qərarı müəyyən qədər də Birləşmiş Ştatlar rəhbərliyindən də asılıdır.
Rusiyaya qarşı sanksiyalar Ukrayna məsələsi və 2014-cü ilin martında Krımın ilhaq edilməsindən sonra tətbiq edilib. Qara siyahıda həmçinin Rusiyaya məxsus bank və şirkətlər, eləcə də konkret şəxslərin adı var. Sonuncu dəfə Rusiyaya qarşı tətbiq olunan sanksiyaların siyahısı ötən ilin dekabr ayının 22-də yenilənib.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
Prezident balaca Gülərin ailəsinə traktor hədiyyə etdi
Rusiyadan növbəti təxribat: jurnalist avantürasına məmurları da qoşublar
Minlərlə manat ödədilər, nə təhsil ala bildilər, nə də pullarını – AİD Group qalmaqalı
Prezident Böyük Britaniyanın yeni səfirinin etimadnaməsini qəbul edib