50 milyardlıq "Facebook": Mark Tsukerberq dünyanın ən varlı 4-cü şəxsi oldu
"Bloomberg" agenntliyinin gündəlik açıqladığı milyarderlər reytinqində "Facebook" sosial şəbəkəsinin yaradıcısı Mark Tsukerberq dördüncü yerdə qərarlaşıb. APA TV-nin məlumatına görə, Mark bu siyahıda "Amazon"un sahibi Ceff Bezos (49,1 milyard dollar) və "Movix SAB"ın rəhbəri Karlos Slimi (49 milyard dollar) geridə qoymağı bacarıb.
Nyu-York birjasında son ticarət seansları başa çatdıqdan sonra "Facebook" yaradıcısının varidatı 50 milyard dollara çatıb. Bununla da Mark Tsukerberq dünyanın ən varlı 4-cü şəxsi statusunu rəsmiləşdirib.
"Bloomberg"in hesablamalarına görə, Ceff Bezos son bir ayda 10,6 milyard, Karlos Slim isə 3,3 milyard dollar itirib. Hazırda Nyu-York Fond birjasında "Facebook"un səhmləri 114,61 dollardan, "Amazon"un səhmləri isə 552,1 dollardan satılır.
Mark Tsukerberq dünyanın ən varlı 5 şəxsi sırasında 2016-cı ildə var-dövləti artan yeganə şəxsdir. İlk yerdə qərarlaşan Bill Qeyts 5,1 milyard, "İnditex"in sahibi Amansio Orteqa 3,6 milyard, investor Uorren Baffet isə 2,7 milyard dollar itirib. "Bloomberg" reytinqində yer alan milyarderlər təkcə dünən 36,2 milyard dollar ziyana düşüblər.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
Prezident balaca Gülərin ailəsinə traktor hədiyyə etdi
Rusiyadan növbəti təxribat: jurnalist avantürasına məmurları da qoşublar
Minlərlə manat ödədilər, nə təhsil ala bildilər, nə də pullarını – AİD Group qalmaqalı
Prezident Böyük Britaniyanın yeni səfirinin etimadnaməsini qəbul edib