Cəbhədə düşmən mövqeləri susduruldu - 122 zərbə!
Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 121 dəfə pozub.
APA TV Müdafiə Nazirliyinin saytına istinadən xəbər verir ki, Ermənistan Respublikası İcevan rayonunun Berkaber, Paravakar, Noyemberyan rayonunun Voskepar, Barekamavan kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı, Məzəm kəndlərində və adsız yüksəkliklərdə, Berd rayonunun Ayqepar kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam, Əlibəyli kəndlərində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.
Goranboy rayonunun Talış, Gülüstan, Tərtər rayonunun Göyarx, Çiləbürt, Yarımca, Ağdam rayonunun Şıxlar, Novruzlu, Cəvahirli, Kəngərli, Sarıcalı, Şuraabad, Yusifcanlı, Qaraqaşlı, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz, Qaraxanbəyli, Qorqan, Aşağı Seyidəhmədli, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Göygöl, Goranboy, Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Azərbaycan Silahlı Qüvvələri əməliyyat şəraitini nəzərə alaraq düşmənin atəş nöqtələrinə, mövqelərinə və səngərlərinə 122 dəfə atəş zərbəsi endirib.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
Prezident balaca Gülərin ailəsinə traktor hədiyyə etdi
Rusiyadan növbəti təxribat: jurnalist avantürasına məmurları da qoşublar
Minlərlə manat ödədilər, nə təhsil ala bildilər, nə də pullarını – AİD Group qalmaqalı
Prezident Böyük Britaniyanın yeni səfirinin etimadnaməsini qəbul edib