Xaçmazda maşınla vurulan polisin vəziyyəti ağırdır
Xaçmaz rayonunda iki piyadanı maşın vurub. APA TV-nin şimal bürosunun verdiyi məlumata görə, hadisə Gəndob -Yalama yolunun Nərəcan kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
"VAZ 2106 " markalı 27 BE 109 dövlət nömrə nişanlı avtomaşın iki piyadanı vurub. Onlar Nərəcan kənd sakinləri 1987-ci il təvəllüdlü Yunusov Şahəddin Almaz oğlu və 1986-cı il təvəllüdlü Əsədov Vasif Əkbər oğludur. Hər iki şəxs Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Vəziyyəti ağır olan Xaçmaz Dəmiryol xətt polis şöbəsinin əməkdaşı Şahəddin Yunusov Bakıda yerləşən tibb müəssisəsinə göndərilib. Vasif Əsədovun vəziyyəti isə orta ağırdır, müalicəsi davam etdirilir.
Faktla bağlı araşdırmalara başlanılıb.
OXŞAR XƏBƏRLƏR
19:34
442
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
18:02
613
Prezident balaca Gülərin ailəsinə traktor hədiyyə etdi
21:36
1371
Rusiyadan növbəti təxribat: jurnalist avantürasına məmurları da qoşublar
20:53
1238
Minlərlə manat ödədilər, nə təhsil ala bildilər, nə də pullarını – AİD Group qalmaqalı
18:53
1190
Prezident Böyük Britaniyanın yeni səfirinin etimadnaməsini qəbul edib
13:37
627