İngiltərədə İŞİD üzvlüyünə görə ilk həbs cəzası verildi
Tarena Şakil adlı İngiltərə vətəndaşı qadın 2014-cü ildə Suriyaya gedərək terror təşkilatı İŞİD-ə qatıldığı üçün məhkəmə tərəfindən 6 il müddətinə azadlıqdan məhrum edilib.
APA TV-nin "Euronews"a istinadən xəbərinə görə, 26 yaşlı qadın məhkəmə tərəfindən terror təşkilatına üzv olmaqda və sosial şəbəkələrdə təbliğat aparmaqda günahkar bilinib.
Beləliklə, Tarena Şakil İngiltərədə İŞİD-ə üzv olmaqda təqsirli bilinərək həbs edilən ilk insan olub.
Qadın ittihamları qəbul etməsə də, onun İŞİD bayrağı qarşısında uşağı ilə çəkdirdiyi əli silahlı şəkilləri əleyhinə dəlil olaraq istifadə olunub.
Qeyd edək ki, Şakil 14 aylıq oğlunu da götürərək Suriyaya qaçmış, burada üç ay qaldıqdan sonra Türkiyə vasitəsilə təyyarə ilə İngiltərəyə qayıtdığı vaxt həbs edilmişdi.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
Prezident balaca Gülərin ailəsinə traktor hədiyyə etdi
Rusiyadan növbəti təxribat: jurnalist avantürasına məmurları da qoşublar
Minlərlə manat ödədilər, nə təhsil ala bildilər, nə də pullarını – AİD Group qalmaqalı
Prezident Böyük Britaniyanın yeni səfirinin etimadnaməsini qəbul edib