Azərbaycanın geri qaytardığı erməni ailəsinin üzvlərinə İrəvanda hökm oxundu
Azərbaycandan Ermənistana geri qaytarılan Gevorkyanlar ailəsinin üzvlərinə İrəvanda iş kəsilib. APA TV-nin xəbərinə görə, bu barədə Ermənistan Məhkəmə Departamentinin mətbuat xidməti xəbər verib.
Belə ki, Yegişe Gevorkyan 5, onun həyat yoldaşı Ruzanna isə 3 il müddətinə azadlıqdan məhrum edilərək 1 il sınaq müddətinə şərti azadlığa buraxılıblar.
Qeyd edək ki, Ermənistan Respublikasının vətəndaşları, 1958-ci il təvəllüdlü Gevorkyan Yeqişe Petrosoviç və onun ailə üzvləri - 1982-ci il təvəllüdlü həyat yoldaşı Mardanyan Ruzanna Genoyevna, 2002-ci il təvəllüdlü oğlu Gevorkyan Alfred Yeqişeviç, 2003-cü il təvəllüdlü qızı Gevorkyan Qayane Yeqişevna və 2006-cı il təvəllüdlü oğlu Mardanyan Petros Yeqişeviç 2010-cu il yanvarın 10-da üçüncü dövlət ərazisində yaşamaq niyyəti ilə qanunsuz olaraq Naxçıvan Muxtar Respublikası ərazisinə keçib. Azərbaycan Respublikası beynəlxalq humanitar hüquq normalarına və 1949-cu il 12 avqust tarixli Cenevrə Konvensiyalarına hörmətlə yanaşaraq həmin şəxsləri 2014-cü il dekabrın 12-də qarşı tərəfə qaytarıb.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
Prezident balaca Gülərin ailəsinə traktor hədiyyə etdi
Rusiyadan növbəti təxribat: jurnalist avantürasına məmurları da qoşublar
Minlərlə manat ödədilər, nə təhsil ala bildilər, nə də pullarını – AİD Group qalmaqalı
Prezident Böyük Britaniyanın yeni səfirinin etimadnaməsini qəbul edib