Zaqatalada zabit qəza törədib, bir qadın yaralanıb
Daxili Qoşunların Zaqatalada yerləşən "N" saylı hərbi hissənin zabiti yol qəzası törədib. APA-TV-nin məlumatına görə, hadisə sentyabrın 27-də Yevlax-Zaqatala-Gürcüstan sərhədi magistral yolununun Zaqatalanın Yuxarı Tala kəndindən keçən hissəsində baş verib.
Daxili Qoşunların mayoru Nuşirəvan Əliyev idarə etdiyi "VAZ 2107" markalı avtomobillə Yuxarı Tala kəndi ərazisindəki fındıq sexlərinin birindən işdən çıxıb evə gedən Zaqata rayonunun Aşağı Tala kənd sakini, 28 yaşlı Ülviyyə Kərimovanı vurub. Nəticədə müxtəlif ağır bədən xəsarətləri almış Ülviyyə Kərimova Zaqatala Mərkəzi Rayon Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat bölməsində araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
Emin Əmrullayev: “Ən böyük problemimiz oxudur”
Bəzi istiqamətlər üzrə müasir suvarma sistemlərinə 50%-dək güzəşt ediləcək
PISA-da riyazi savadlılıq üzrə Azərbaycanın neçənci yerdə olduğu açıqlanıb
Səhiyyə Nazirliyi: Azad edilmiş ərazilərdə xəstəxanaların layihələndirilməsi işləri gedir
"Azərbaycanın yaratdığı əməkdaşlıq irsinə əsaslanan model formalaşdıracağıq"