İŞİD-dən növbəti təhdid: Paris və 11 sentyabr hadisələrini unutduracağıq
İŞİD Qərb ölkələrini yenidən hədələyib. APA TV-nin "The Guardian"a istinadən verdiyi xəbərə görə, terror qruplaşması bunla bağlı yeni video yayıb.
Görüntülərdə terrorçu bildirir ki, hazırladıqları yeni terror aktları Paris qətliamı və 11 sentyabr hadisələrindən daha dəhşətli olacaq. O, əlavə edib ki, İŞİD öz sərhədləri daxilinə Əndəlusu və Pireney yarımadasının bəzi ərazilərini də qatacaq: "Potuqaliya və İspaniyanı dəhşətli hadisələr gözləyir. Onlar 5 əsr bundan əvvələdək müsəlmanları yaşadıqları ərazilərdən qovublar. İndi növbə onlarındır".
Bundan sonra terrorçu kamera önündə casus elan etdikləri girovun başına atəş açır. Qətldən sonra daha dörd İŞİD üzvü əllərində olan girovları edam edirlər.
OXŞAR XƏBƏRLƏR
19:34
526
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
18:02
693
Prezident balaca Gülərin ailəsinə traktor hədiyyə etdi
21:36
1450
Rusiyadan növbəti təxribat: jurnalist avantürasına məmurları da qoşublar
20:53
1241
Minlərlə manat ödədilər, nə təhsil ala bildilər, nə də pullarını – AİD Group qalmaqalı
18:53
1194
Prezident Böyük Britaniyanın yeni səfirinin etimadnaməsini qəbul edib
13:37
631