Türkiyə ərazisində Rusiyaya məxsus TIR-ların hərəkətinə qadağa qoyuldu
Rusiyaya məxsus TIR-ların Türkiyə ərazisindən yükdaşımalarına qadağaya start verilib.
APA TV-nin Rusiya mənbələrinə istinadən məlumatına görə, yanvarın 31-dən ötən il üçün razılaşdırılmış müqavilənin vaxtı bitib. Müqaviləni uzadılmasına isə Türkiyə tərəfi razılıq verməyib.
Hazırda Rusiyanın Nəqliyyat Nazirliyi problemin çözülməsi yollarını araşdırır. Türkiyəyə bununla bağlı yeni müraciət göndərildiyi bildirilir.
Xatırladaq ki, bundan öncə Rusiya tərəfi Türkiyəyə məxsus yük maşınlarının ölkə ərazisində hərəkətinə məhdudiyyət qoyub.
OXŞAR XƏBƏRLƏR
19:34
525
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
18:02
692
Prezident balaca Gülərin ailəsinə traktor hədiyyə etdi
21:36
1449
Rusiyadan növbəti təxribat: jurnalist avantürasına məmurları da qoşublar
20:53
1241
Minlərlə manat ödədilər, nə təhsil ala bildilər, nə də pullarını – AİD Group qalmaqalı
18:53
1194
Prezident Böyük Britaniyanın yeni səfirinin etimadnaməsini qəbul edib
13:37
631