Neft yenidən ucuzlaşmağa başladı
Çinin hasilat sənayesində aktivliyin azalması xəbərlərindən sonra dünya birjalarında neftin qiyməti ucuzlaşmağa başlayıb. APA TV-nin məlumatına görə, həftə sonu Rusiya və OPEK üzvlərinin hasilatı aşağı salmaq barədə danışıqlara razılıq verməsi neftin bahalaşmasına səbəb olmuşdu. Bundan başqa Yaponiya Bankının gördüyü tədbirlər investorlara pozitiv təsir göstərmişdi. Lakin həftənin ilk günü Çindən gələn xəbərlər neftin qiymətinə yenidən neqativ təsir edib. Səhər seanslarında “Brent” markalı neftin bir bareli 35.19 dollardan satılıb ki, bu da həftəsonu qiymətlərindən 72 sent ucuzdur. Qərbi Texas nefti də ucuzlaşmaqdadır. Birjalarda aprel ayı üçün bağlanan fyüçerslərdə WTI neftinin bir bareli 32,95 dollardan müəyyənləşib ki, bu da iki gün əvvəlki qiymətdən 81 sent ucuzdur. Ümumilikdə yanvar ayında dünya bazarında neftin qiyməti 9 faiz aşağı düşüb.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
Prezident balaca Gülərin ailəsinə traktor hədiyyə etdi
Rusiyadan növbəti təxribat: jurnalist avantürasına məmurları da qoşublar
Minlərlə manat ödədilər, nə təhsil ala bildilər, nə də pullarını – AİD Group qalmaqalı
Prezident Böyük Britaniyanın yeni səfirinin etimadnaməsini qəbul edib