Bahar Muradova: "Süni bahalaşma yaradanlara qarşı çıx ciddi qınaq olmalıdır"
Ölkədə manatın məzənnəsinin düşməsindən, bu və ya digər vəziyyətdən istifadə edərək süni bahalaşma yaradanlara qarşı çıx ciddi qınaq olmalıdır. APA TV-nin məlumatına görə, bunu Azərbaycan Milli Məclisinin vitse-spikeri Bahar Muradova deyib. O qeyd edib ki, cəmiyyətin buna ciddi qınağının olması vacibdir.
“Ölkə başçısı da qəti şəkildə bildirib ki, vəziyyətdən istifadə edənlər, süni qiymət artıranlar, insanların yaşayışını çətinləşdirənlər qanunun bütün gücü ilə cəzalandırılacaqlar. Müvafiq qurumlar bu istiqamətdə birgə fəaliyyət göstərir və ilk gündən lazımı tədbirlər görürlər. Həmin şəxslər müvəqqəti çətinlikdən istifadə edərək vətəndaşların həyatına problem yaratmamalıdırlar”.
OXŞAR XƏBƏRLƏR
19:34
526
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
18:02
693
Prezident balaca Gülərin ailəsinə traktor hədiyyə etdi
21:36
1450
Rusiyadan növbəti təxribat: jurnalist avantürasına məmurları da qoşublar
20:53
1241
Minlərlə manat ödədilər, nə təhsil ala bildilər, nə də pullarını – AİD Group qalmaqalı
18:53
1194
Prezident Böyük Britaniyanın yeni səfirinin etimadnaməsini qəbul edib
13:37
631