Çində uçmuş mədəndən 36 gün sonra 4 mədənçi sağ çıxarıldı
Çinin Şandun əyalətində xilasedicilər 36 gün 200 metr dərinlikdə, gips mədəninin dağıntıları altında qalan dörd mədənçini xilas etməyə müvəffəq olub.
APA TV-nin "Euronews"a istinadən xəbərinə görə, sözü gedən mədəndə faciə ötən ilin 25 dekabr tarixində, özülün uçması səbəbilə baş verib.
Həmin vaxt mədəndə 29 şaxtaçı olub. Onlardan 11 nəfərini dərhal xilas edilib, 1 nəfərin isə cəsədi çıxarılıb. Hadisə zamanı 17 nəfər itkin düşüb.
Baş vermiş faciədən 5 gün sonra xüsusi texniki vasitələrin köməyi ilə 4 mədən əməkdaşını xilas etmək mümkün olub.
Tunelin deformasiyaya uğraması və uçqun zamanı əmələ gələn iri daş parçaları səbəbindən şaxtaçıların çıxarılmasında çətinliklər yaranıb.
Faciədən ötən müddət ərzində mədəndəki işçilərin sağ qalması onların qida və su ehtiyatı ilə təmin edilməsi nəticəsində mümkün olub.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
Prezident balaca Gülərin ailəsinə traktor hədiyyə etdi
Rusiyadan növbəti təxribat: jurnalist avantürasına məmurları da qoşublar
Minlərlə manat ödədilər, nə təhsil ala bildilər, nə də pullarını – AİD Group qalmaqalı
Prezident Böyük Britaniyanın yeni səfirinin etimadnaməsini qəbul edib