Fövqəladə hallar naziri Goranboyun Tapqaraqoyunlu kəndində sakinlərlə görüşüb
Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərov Naftalan şəhərində vətəndaşların qəbulundan sonra Goranboy rayonu, Tapqaraqoyunlu kəndində olub, kənd sakinləri ilə görüşüb. APA TV-nin məlumatına görə, nazir sakinlərin problemləri ilə maraqlanıb, qəzalı vəziyyətdə olan evlərə baxış keçirərək müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti üzrə tapşırıqlar verib. Kənd sakinlərinin müraciətləri nəzərə alınaraq, ermənilər tərəfindən kənd ərazisindəki əkin sahələri və digər yerlərdə qəsdən törədilən yanğınların daha operativ söndürülməsini təmin etmək üçün kənddə yanğından mühafizə bölməsinin yaradılması və bu gündən etibarən ərazidə yanğınlarla fasiləsiz mübarizənin təmin edilməsi üçün tapşırıq verilib. Sakinlər kənd əhalisinə göstərdiyi xüsusi diqqət və qayğıya görə ölkə başçısı İlham Əliyevə təşəkkürlərini bildiriblər.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
Prezident balaca Gülərin ailəsinə traktor hədiyyə etdi
Rusiyadan növbəti təxribat: jurnalist avantürasına məmurları da qoşublar
Minlərlə manat ödədilər, nə təhsil ala bildilər, nə də pullarını – AİD Group qalmaqalı
Prezident Böyük Britaniyanın yeni səfirinin etimadnaməsini qəbul edib