Azərbaycan Ordusunun şəhid əsgəri Lənkəranda torpağa tapşırılıb
Ötən gün saat 15.00 radələrində Azərbaycan-Ermənistan sərhədində düşmən təxribatı nəticəsində şəhid olan Azərbaycan Ordusunun əsgəri, 1996-cı il təvəllüdlü Nahid Fikrət oğlu Səfərov bu gün dəfn edilib.
APA TV-nin Cənub bürosunun verdiyi məlumata görə, Tovuz rayonu istiqamətində şəhid olan əsgər bu gün doğulduğu Lənkəran rayonunun Vilvan kəndində torpağa tapşırılıb.
Dəfn mərasimində kənd sakinləri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Lənkəran rayon şöbəsinin əməkdaşları, şəhidin qulluq etdiyi hərbi hissənin əsgər və zabitləri iştirak ediblər.
Yaylım atəşindən sonra şəhid torpağa tapşırılıb.
Qeyd edək ki, Nahid Səfərov 2014-cü ilin oktyabr ayında orduya çağırılıb. Onun hərbi xidmətdən tərxis olunmağına cəmi 2 ay qalıbmış.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
Prezident balaca Gülərin ailəsinə traktor hədiyyə etdi
Rusiyadan növbəti təxribat: jurnalist avantürasına məmurları da qoşublar
Minlərlə manat ödədilər, nə təhsil ala bildilər, nə də pullarını – AİD Group qalmaqalı
Prezident Böyük Britaniyanın yeni səfirinin etimadnaməsini qəbul edib